Azərbaycanda qadın qayını tərəfindən zorlandı, kənddən qovuldu: şok - FOTO

14 Oktyabr 2019 09:49 (UTC+04:00)

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa üz tutan qadınlardan birinin həyat hekayəsini izləyiciləri ilə bölüşüb.

AzNews.az xəbər verir ki, qayını tərəfindən təcavüzə məruz qalan qadının yaşadıqları hər kəsi dəhşətə gətirib. Sədr həmin ananın adını açıqlamaqdan imtina edib.

Onun sosial media hesabında yazdıqlarını sizə təqdim edirik:

"Xəyanət adı qoyulub "əxlaqsızlığa" aparan yol...
Heç bir şüurlu qadın xəyanət etmir. Xəyanət yoxdu haaaa, el arasında buna xəyanət deyirlər... Xəyanətə gətirib çıxardan səbəblər olur. Hə, deyəcəksiniz ki, a yoooox nə danışırsan??? Onun əxlaqsızlıq canındadır!!!
Regionların birində bir qadını kənddən biabırçılıqla qovmuşdular. Qadın xəyanət etmişdi!!!
Bəli, qadın da söhbət zamanı bir cümləni deyirdi: "Mənə ölüm belə azdır..." Səbəbini soruşanda isə onu ölümə sürükləyə biləcək bir cinayətin şahidi olduq...
Qadın təhsilsiz, ancaq nökər funksiyalarını yetirən biri kimi 18 yaşadək formalaşır. Fikrini belə soruşmadan ərə verilir, yoldaşı illərlə başqa ölkədə işləyib, ara-sıra "it payı" göndərir. Heç ayın 5 gününə də çatmır, hələ üstəlik də deyir ki, qənaət eləyin.
Qadının qaynı ona "göz" qoyur...
Və günlərin bir günü onu nökərçilik etdiyi sahədə zorlayır...Qadının səsi kimə çatacaq ki??? Xəyanətdi də bunun adı...Gedib kimdən şikayət etsin və necə etsin??? Hər kəsdə bu cəsarət varmı??? Qayın isə murdarlığının üstünün açılmaması üçün başlayır yalançı vədlər verməyə, ona "boşanaq evlənək!!!" kimi yalançı vədlər verir...
Qadın susur, necə desin??? Və bir müddətdən sonra isə hamilə olduğunu bilir...
Qayın da öz keyfində!!!
Qayın biləndə ilk sözü bu olur ki, "özün istədin də, özün məni çağırdın!!! Kim sənə inanacaq???"
Qadın cəsarət tapıb hüquq mühafizə orqanlarına şikayət verəndə də nə baş veriiiiiir??? Həəəə, kişinin qadına dediyi kimi öz xoşu ilə olub...Xəyanət edib!!!"
Qadın bitdimi???
Ailə dağıldı, uşaqlar alındı, atası tərəfindən qovuldu, qardaşlar qanına susadı, qaynın arvad uşağı hücum çəkib "meyidinə" atdımı??? Kənddən də biabırcasına qovuldumu???
Və ölənəcən xəyanətkar damğasını alnına möhür kimi yapışdırdımı???
"Xəyanət" sözü nə qədər də rahatlıqla artıq dilimizdə, ağzımızın "qıraq-bucağında" yer aldı???
Sanki "SKAZKA" tortu yedik...
Qadını əxlaqsızlığa aparacaq "yol" isə "GÖYDƏN 3 ALMA DÜŞDÜ..." nağılının sonunda başlayacaq...

Aynur

AzNews.az