Bakı ermənisi Azərbaycan prezidenti olmaq istədi

17 May 2013 15:30 (UTC+04:00)


Erməni əsilli keçmiş Bakı sakini Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir.

Azərbaycan Erməniləri Assambleyasının rəhbəri Qriqoriy Ayvazyan bu gün keçirdiyi mətbuat konfransında Bakıdakı mənzilinə qayıtmaq istədiyini deyib. Eyni zamanda Azərbaycan dövlət başçısından onun təhlükəsizliyinə təminat verilməsini istəyib.(qafqazinfo.az)

Onun sözlərinə görə, təhlükəzliyinə zəmanət almaq üçün BMT-nin qaçqınların məsələləri üzrə nümayəndəliyinə müraciət edib. Ayvazyan həmçinin Azərbaycandan gedən erməniləri də ondan nümunə götürməyə çağırıb.

AzNews.az