Bu gün Müsavatda Məclis üzvlərinin adları açıqlanaq

14 Oktyabr 2019 10:15 (UTC+04:00)

Bu gün Müsavat Partiyasının Məclis üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanacaq.

AzNews.az xəbər verir ki, bu barədə başqan müavini Səxavət Soltanlı məlumat verib.

O bildirib ki, 60 Məclis üzvü seçilməlidir:

“Proses tam bitməyib. Bu gün Məclisə və MNTK-ya keçirilən seçkilərin nəticələri bilinəcək. Məclisə ən azı 115, MNTK-ya isə 10 nəfərin namizədliyi irəli sürülüb".

Bahar RÜSTƏMLİ

AzNews.az