Sumqayıtda 16 yaşlı qızı maşın vurdu

14 Oktyabr 2019 10:19 (UTC+04:00)

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Babayeva Jalə Aydın qızını avtomobil vurub. Vəziyyəti ağır olan 16 yaşlı qız Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az