Elmar Məmmədyarov qazaxıstanlı nazirlə vacib sənədə imza atdı

14 Oktyabr 2019 10:26 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqda sazişə dəyişiklik edilməsinə dair protokol imzalanıb.

Protokol Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə imzalanıb.

Dəyişiklik Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər artırılmasını nəzərdə tutur.

Eyni zamanda, dəyişikliklə hər iki ölkənin vətəndaşları 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilir.

Protokolu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri imzalayıblar. (APA)

AzNews.az