Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək

14 Oktyabr 2019 10:31 (UTC+04:00)

Bu gün akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi saat 13:00-dan 15:00-dək Bakı Dövlət Universitetində keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, akademik Vasim Məmmədəliyev dünən 77 yaşında vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az