Türk milləti olaraq Özbəkistanın bu qərarından çox şadıq - Mövlud Çavuşoğlu

14 Oktyabr 2019 11:08 (UTC+04:00)

“Özbəkistan türk dünyasında ən vacib ölkələrdən biridir. Dolayısı ilə Özbəkistanın Türk Şurasına üzv olması tarixi addımdır”.

Bunu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyəli nazir qeyd edib ki, Özbəkistanın bu addımı Türk Şurasını daha da gücləndirəcək.

“Türk milləti olaraq Özbəkistanın bu qərarından çox şadıq”, - deyə M. Çavuşoglu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib. (APA)

AzNews.az