İt suya düşdü - Köməyə FHN gəldi

14 Oktyabr 2019 11:49 (UTC+04:00)

Suya düşən it xilas edilib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, “112” xidmətinə Bakıda itin suya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri dərhal hadisə yerinə gedib və suya düşmüş it xilas edilib.

AzNews.az