Azərbaycanda icra başçısının müavini istefa verdi - Səbəbi açıqlandı

14 Oktyabr 2019 12:23 (UTC+04:00)

Ağsu rayon icra başçısının müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib.

Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib. Nəticədə vəzifəsindən istefa verməli olub. (BAKU.WS)

AzNews.az