Ərdoğan Bakıya gəldi - YENİLƏNİB

14 Oktyabr 2019 15:28 (UTC+04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

12.26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Türkiyə Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 15-də Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlir.

AzNews.az