Konqressmen ABŞ HDQ-ni Rusiya gəmisinin şəklini paylaşmaqla təbrik etdi - FOTO

14 Oktyabr 2019 12:32 (UTC+04:00)

Amerikalı konqressmen, Əfqanıstan müharibəsi veteranı Brayan Mast ABŞ HDQ-ni ildönümü münasibəti ilə Rusiyanın “Böyük Pyotr” atom raket kreyserinin şəklini paylaşmaqla təbrik edib.

AzNews.az bildirir ki, müvafiq postu o özünün “twitter” səhifəsində yerləşdirib.

Gəminin bort nömrəsi gizlədilsə də, üzərindəki “Andreyev bayrağı” gəminin hansı ölkəyə məxsus olmağından xəbər verib.

Səhvi “Politico” nəşrinin jurnalisti Deyv Braun görüb.

Bundan sonra konqressmen posta düzəliş edərək, şəkli ABŞ HDQ-nin rəsmi promoroliki ilə əvəz edib.

AzNews.az