Özbəkistan Prezidenti Azərbaycana gəldi - YENİLƏNİB

14 Oktyabr 2019 14:21 (UTC+04:00)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

12.39

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana yola düşüb.

Özbəkistan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak edəcək.

AzNews.az