Bakıda piyada keçidində iki avtomobil toqquşdu

14 Oktyabr 2019 12:42 (UTC+04:00)

Bakıda piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb.

“Mazda” markalı avtomobil piyadaya yol verən “Hyundai” markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

AzNews.az