Yaponiyada “Haqibis” 47 nəfəri öldürdü

14 Oktyabr 2019 12:51 (UTC+04:00)

Yaponiyada tüğyan edən güclü “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 15 nəfər itkin düşüb.

Xatırladaq ki, bir müddət öncə 39 nəfərin öldüyü, 200-yə yaxın insanın isə xəsarət aldığı bildirilib.

“Haqibis” qasırğası Yaponiyanın əsas adası olan Honsyuda oktyabrın 12-də tüğyan edib.

AzNews.az