Sumqayıtda nənə və nəvəni maşın vurdu

14 Oktyabr 2019 15:48 (UTC+04:00)

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçmək istəyən piyadalar - 1952-ci il təvəllüdlü Əhmədova Raisa Antonovna və onun nəvəsi, 2005-ci il təvəllüdlü Əhmədova Natella Hidayət qızını avtomobil vurub. Hər iki piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az