Mətanət hələ də ər yalanını davam etdirir - VİDEO

14 Oktyabr 2019 17:04 (UTC+04:00)

Müğənni Mətanət Əsədova çıxdığı proqramlarda paradoksal açıqlamalarını hələ də davam etdirir.

AzNews.az xəbər verir ki, o, bu dəfə ARB TV-nin növbəti “Söhbət var” verilişində yaxın zamanda ailə həyatı quracağını açıqlayıb:

“6-7 aydır həyatımda biri var. Onun haqqında danışmağımı istəmir. Toya hazırlaşıram. Toyumda da Əlikram Bayramov oxusun. Yaşımız bir-birimizə uyğundur. Azərbaycandan kənardadır. Mənə dəyər verir. Bu zamana qədər tək qalmağımın səbəbi istədiyim insanın qarşıma çıxmaması idi”.

Qeyd edək ki, ifaçı bir neçə gün öncə “Ay Zaur” proqramında evləndiyini demişdi. Daha sonra “Bir arzum var” verilişində hələ evlənmədiyini bildirib.

Aynur

AzNews.az