Nazirlər görüşdülər

17 May 2013 16:24 (UTC+04:00)


Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər və nazirlər sülh prosesini irəli aparmağın mümkün yollarını müzakirə ediblər. Elmar Məmmədyarov və Edvard Nalbandyan həmçinin mövcud durumu dəyərləndirib və regionda sülhün bərqərar olması işinə bağlılıqlarını bir daha təsdiqləyiblər.

AzNews.az