Tunisin yeni prezidenti seçildi

14 Oktyabr 2019 21:40 (UTC+04:00)

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin nəticələrinə əsasən, ölkənin yeni prezidenti Kays Said olub.

O, 76% səslə qələbə qazanıb. Said heç bir partiyanın üzvü deyil. Seçkilərdə seçicilərin 57,8%-i iştirak edib.

Qeyd edək ki, Kays Said 2014-cü ildə yaradılan və “Ərəb dünyasının ən demokratik konstitusiyası” adlandırılan konstitusiyanın müəlliflərindən biridir. Onun 61 yaşı var və seçkiqabağı kampaniya keçirməyib.

Xatırladaq ki, Tunisin əvvəlki prezidenti Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib.(qafqazinfo.az)

AzNews.az