Polşada parlament seçkilərinin nəticələri açıqlandı

14 Oktyabr 2019 22:18 (UTC+04:00)

Polşada parlament seçkilərinin nəticələri açıqlanıb.

Qalib hakim partiya “Haqq və ədalət” olub. Yaroslav Kaçinskinin partiyası 43,59% səs toplayıb, seymdəki 460 yerin isə yarısını tutub. Bu isə Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir.

İkinci yeri müxalif “Vətəndaş koalisiyası” (27,4%), üçüncü yeri “Sol demokratlar ittifaqı” partiyası (12,57%) tutub.

Qeyd eədk ki, Yaroslav Kaçinski 2010-cu ildə Smolenskdə təyyarə qəzasında ölən prezident Lex Kaçinskinin əkiz qardaşıdır. O, ölkədə söz sahibi olan insanlardan biri hesab edilir.(qafqazinfo.az)

AzNews.az