“Maşın”da finalöncəsi son gecə: Kəmalə kimi çıxaracağını açıqladı

14 Oktyabr 2019 23:01 (UTC+04:00)

“Birinizin adını açıqlamağa məcburam. Məndən inciməyin. Heç bir iştirakçı adımı çəkib demədi ki, hədəfimsən. Mənim hədəfim Lalədir”.

Bu sözləri Kəmalə Piriyeva “Maşın” şounun gedişatında səsləndirib.

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.(oxu.az)

AzNews.az