52 yaşlı kişi yol qəzasının qurbanı oldu

14 Oktyabr 2019 23:54 (UTC+04:00)

Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb.

Hadisə "Sumqayıt stansiyası" adlanan ərazidə baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Ramazan Sabir oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazini tərk edib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az