"Türkiyəyə qarşı müharibə edə bilmərik"

15 Oktyabr 2019 09:04 (UTC+04:00)

"Türkiyənin Suriyada əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb".

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub.

Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir.

Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır.

Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə - bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik.

Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib. (Report)

AzNews.az