Nurməhəmmədov Ferqyusonla döyüşə ekstremal hazırlıq keçir – VİDEO

15 Oktyabr 2019 11:31 (UTC+04:00)

Sosial şəbəkələrdə UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədovun maraqlı videosu yayılıb. Belə ki, videodan döyüşçünün Dağıstan çaylarından birində axının əksinə üzdüyü görünür.

AzNews.az-ın məlumatına əsasən, rolik “Kingfarruh” “Instagram” akkauntunda yerləşdirilib.

Videonun şərhində bildirilir ki, idmançı buz kimi soyuq suda üzür. “Geoteg” isə Dağıstanın Kizilürt şəhərinə işarə edir.

“Toni, sənin başın bəlada”, - deyə rolikin müəllifi əlavə edib. Görünür, o, Məhəmmədovun rəqibi ola biləcək amerikalı idmançı Toni Ferqyusonu nəzərdə tutub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

AzNews.az