Yaponiyada qasırğa qurbanlarının sayı 72-yə çatdı

15 Oktyabr 2019 14:43 (UTC+04:00)

Yaponiyada baş verən "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı artıb.

NHK telekanalına istinadən verilən məlumata görə, oktyabrın 12-də başlayan güclü qasırğa 72 nəfərin həyatına son qoyub, 10 nəfər itkin düşmüş sayılır.

Ümumilikdə təbii fəlakətdən 200 nəfər zərər çəkib.

Qasırğa daha çox Yaponiyanın şimal-şərqində və paytaxt Tokio ilə qonşu olan Kanaqava prefekturasında fəsadlara səbəb olub.

Hazırda itkin düşənlərin axtarışı və infrastrukturun bərpası işlər davam etdirilir. (APA)

AzNews.az