Rafael Hüseynov AŞ PA-nın iclasında iştirak edəcək

17 May 2013 18:10 (UTC+04:00)
Azərbaycan Parlamentinin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 23-dək Böyük Britaniyada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, London şəhərində keçiriləcək toplantıda Avropada mətbuat azadlığının qorunması, mətbuatda yayılan zorakılıq materiallarının uşaqlara təsiri, bu sahədə məsuliyyət və etika, demokratik cəmiyyətdə yeni informasiya və rabitə texnologiyalarının rolu və digər məsələlər müzakirə ediləcək.

AzNews.az