Suriyada Türkiyə ordusunun iki əsgəri şəhid oldu

15 Oktyabr 2019 18:35 (UTC+04:00)

Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.

NTV telekanalının verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.(apa.az)

AzNews.az