Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək

15 Oktyabr 2019 20:23 (UTC+04:00)

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Bununla da Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.(trend.az)

AzNews.az