İnək yol qəzasına səbəb oldu - Yaralı var

15 Oktyabr 2019 22:04 (UTC+04:00)

Yevlaxın Aran qəsəbəsində “VAZ-2107” markalı avtomobil “Jeep” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “VAZ”ın sərnişini Samux rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Ələkbərova xəsarət alıb.

O, xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, qəzaya anidən avtomobil yoluna çıxan inək səbəb olub.(oxu.az)

AzNews.az