Bakıda marşrut avtobusu piyadanı vurdu

15 Oktyabr 2019 23:38 (UTC+04:00)

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

149 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1984-cü il təvəllüdlü Babayeva Hakimə Hakim qızını vuraraq xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az