İtaliyada miqrant faciəsi - 12 nəfər öldü

15 Oktyabr 2019 23:50 (UTC+04:00)

İtaliyanın Lampeduza adasında miqrantların olduğu qayıq batıb.

“RİA Novosti” xəbər verir ki, nəticədə 12 nəfər miqrant boğularaq dünyasını dəyişib.

Qayıq dənizin 60 metr dərinliyində tapılıb. Hazırda cəsədlərin çıxarılmasına çalışılır.(qafqazinfo.az)

AzNews.az