qəbul edilmiş qanuna yenidən baxılmalı və bu əməli törədənlərin ən azı 10 ildən artıq azadlıqdan məhrum edilməsi üçün Cinayət Məcəlləsində dəyişiklik edilməlidir. Düzdür, indiki halda, qanunvericiliyimizdə təhqirə görə cəza növü nəzərdə tutulub, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, bunu dövlət öz üzərinə götürməlidir. Hər bir qəhrəmanımız dövlətin bir dəyəridir. Onu dövlət qorumalıdır! Necə ki, xalqımız qoruyur! Bizim dəyərlərə dil, əl uzadıla bilməz! Heç kimə imkan verə bilmərik ki, millətin heysiyatı ilə oynasınlar.
Bir faktı diqqətinizə çatdırmaq istəyirəm, bir necə il bundan qabaq Ermənistanda çox da tanınmayan gənc yazarlardan biri, özünün yazısında türk xalqı haqqında bir neçə xoş fikirlər qeyd etmişdi. Bir gün sonra "Daşnaküstun" partiyasının nümayəndələri həmin gənci Ermənistanın küçələrində boynuna ip salıb sürüyürdülər və onu Vətən xaini kimi ittiham edib, ən ağır cəzaya məruz qoydular. Biz təbii ki, qeyd etdiyim kimi, hüquq müstəvisində təhqir yazan şəxsləri cəzalandırmalıyıq. Həmçinin də paralel olaraq cəmiyyət mütəşəkkil ictimai qınaq təşkil edərək həmin üzdəniraqları rüsvay etməlidir. O adamlara salam belə vermək lazım deyil!".
AzNews.az