Bakıda ağac aşdı - dayanacaqda 3 qadın yaralandı

16 Oktyabr 2019 09:33 (UTC+04:00)

Səhiyyə Nazirliyi Bakıda üstünə ağac aşan qadınların səhhətinə aydınlıq gətirib

AzNews.az xəbər verir ki, Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə aşıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb. Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub.

Bütün xəstələrə tibbi yardım göstərilib.

Xəsarət alanlar bir neçə saata ambulator müalicə üçün evə buraxılacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az