Tofiq Yaqubludan qəti qərar - "Seçkiyə qatılmayacam"

16 Oktyabr 2019 11:50 (UTC+04:00)

Tofiq Yaqublu Müsavat Partiyasının Məclis üzvlüyünə boş qalan yerlərlə bağlı keçiriləcək seçkilərə qatılmayacaq.

Bunu AzNews.az-a açıqlamasında Tofiq Yaqublunun özü bildirib.

O, bunun səbəbini 1-ci turun nəticələri ilə əlaqələndirib: “Mən hələ rəsmi nəticələri də bilmirəm”.

Qeyd edək ki, Tofiq Yaqublu oktyabrın 13-də keçirilən qurultayda Müsavat Partiyasının Məclis üzvlüyünə vəsiqə ala bilməyib.

Xatırladaq ki, oktyabrın 13-də Müsavat Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda başqan uğrunda keçirilən səsvermədə Arif Hacılı 1-ci, Tofiq Yaqublu 2-ci, Yadigar Sadıqlı isə 3-cü yeri tutub. Nəticədə Arif Hacılı yenidən Müsavat Partiyasının sədri seçilib.

Bahar RÜSTƏMLİ

AzNews.az