Elmar Məmmədyarov Yaponiyanın Xarici İşlər nazirinə başsağlığı verdi

16 Oktyabr 2019 12:07 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqiyə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat verilib.

“Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqiyə və Yaponiya xalqına, xüsusilə “Hagibis” qasırğasının qurbanlarına və onların ailələrinə başsağlığı verib.

Qasırğa səbəbindən ölənlərin ruhları şad olsun!”, - deyə məlumatda qeyd olunub.

AzNews.az