Azərbaycan xarici borcu az olan dövlətdir - İlham Əliyev

16 Oktyabr 2019 12:31 (UTC+04:00)

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik”.

AzNews.az