Dünyada bir ilk – Yeganə xəstə üçün dərman icad edildi

16 Oktyabr 2019 13:12 (UTC+04:00)

ABŞ-da yalnız bir pasiyentin əziyyət çəkdiyi genetik xəstəliyin müalicəsi üçün preparat hazırlanıb.

AzNews.az bildirir ki, 8 yaşlı Mila Makovetsdə DNT-nin müəyyən bir elementi ilə qarşılıqlı təsir nəticəsində mutasiyaya uğrayan MFSD8 geni aşkar edilib. Bu gen nəticəsində qız Betten xəstəliyindən əziyyət çəkir. Uşaq get-gedə yerimək və eşitmək qabiliyyətini itirib və gündə 30 dəfə qıcolmalar baş verir.

Bostondakı uşaq hospitalının həkimləri Milasen dərmanını xüsusi olaraq Mila üçün hazırlayıblar. İlk dozadan sonra xəstənin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb: qıcolmalar demək olar ki, müşahidə edilmir, qaldırılan zaman qız başını və belini özünü saxlamağa başlayıb.

TASS-ın məlumatına görə, Milasen bir xəstə üçün hazırlanmış ilk dərmandır. Ancaq bu, bir çox etik məsələləri qaldırır. Belə ki, ABŞ-da on minlərlə xəstə Mila Makovetslə eyni vəziyyətdə ola bilər, lakin onlar üçün fərdi dərmanlar icad edə biləcək kifayət qədər alim yoxdur. Digər tərəfdən, hansı xəstənin bu cür müalicəyə daha təcili ehtiyacı olduğunu da müəyyənləşdirmək çətindir.

Bundan əlavə, maliyyələşdirmə problemi yaranır, çünki nə hökumət qurumları, nə sığorta və ya əczaçılıq şirkətləri bu müalicəni ödəyə bilməzlər. Mila üçün isə 3 milyon dollar məbləğində ianə toplamaq mümkün olub.

AzNews.az