Milli Şuraya mitinq keçirmək üçün icazə verildi

16 Oktyabr 2019 13:29 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirmək üçün müraciətinə baxıb.

AzNews.az xəbər verir ki, BŞİH bunun üçün Lökbatan qəsəbəsini məsləhət görüb:

"Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib”.

Qeyd edək ki, məsələ ilə bağlı mitinq təşkilatçılarına məlumat çatdırılıb.

AzNews.az