Prezidentin helikopterləri satışa çıxarıldı
17 May 2013 19:59 (UTC+04:00)
Gürcüstan hökuməti prezident Saakaşvili üçün alınan iki yeni helikopteri satmaq qərarına gəlib. Söhbət xaricdən alınmış VİP-klass hava nəqliyyat vasitələrindən gedir.
Saakaşvili indiyə qədər onlardan istifadə etməyə imkan tapmayıb. Artıq İqtisadiyyat Nazirliyi yeni müştərilər də tapıb. Ancaq qiymətlərin necə olacağı ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Qeyd edək ki, 2013-cü ilin büdcəsində Prezident Administrasiyası üçün nəzərdə tutlan maliyyə azaldılıb. Hətta prezidentı öz iqamətgahını tərk edib dövlət dəftərxanasının yerləşdiyi binaya köçmək təklif edilib. Ancaq Saakaşvili bu təklifi rədd edib.
Elnarə
AzNews.az