33 uşağı zorladı... 401 il cəza aldı
17 May 2013 20:30 (UTC+04:00)
Yunanıstanda keçmiş basketbol məşqçisinə 401 il həbs cəzası verilib. Nikos Siraqakis adlə bu şəxs yetkinlik yaşına çatmamış 33 uşağa təcavüz etməkdə günahkar hesab edilib.
49 yaşlı pedofil Facebook vasitəsilə azyaşlı uşaqları yoldan çıxararaq, onlarla cinsi əlaqədə olub. Keçmiş məşqçiyə qarşı məhkəmə işi 50 nəfərin şikayəti əsasında başlayıb. Məhkəmə onlardan 33-nü zərərçəkmiş qismində tanıyıb. Lakin pedofil öz günahını boynuna almayıb.
Nikos Siraqakis hakimə həmin uşaqlarla onların razılığı əsasında cinsi əlaqədə olduğunu söyləyib.Ancaq ölkə qanunlarına görə, pedofilə cəzasının 25 ilini həbsxanada çəkəcək. Məhkəmə onu həmçinin 5 il müddətinə siyasi hüquqlardan məhrum edib. O, eyni zamanda qərardan appelyasiya şikayəti verməkdən məhrum olunub.
Elnur
AzNews.az