Bakıda qardaş qardaşı bıçaqladı

16 Oktyabr 2019 23:48 (UTC+04:00)

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.

Nəticədə o, 3 bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

AzNews.az