ABŞ Suriyadakı anbarlarını bombardman etdi

17 Oktyabr 2019 09:58 (UTC+04:00)

ABŞ hərbçiləri Suriyanın şimalına aviazərbələr endiriblər.

Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, zərbəni ABŞ-ın iki F-15 təyyarəsi endirib. Təyyarələrin hədəfi ABŞ-ın bölgədən çıxmasından sonra burada qalan hərbi sursat və hərbi texnika anbarları olub.

Agentliyin mənbəsi anbarların ABŞ hərbçilərinin bazanı tərk etməsindən dərhal sonra vurulduğunu bildirib. (Axar.az)

AzNews.az