"Maşın Şou"da gərgin anlar: Lalə ilə Suna arasında qalmaqal - VİDEO

17 Oktyabr 2019 10:54 (UTC+04:00)

“Maşın Şou"nun finalında gərgin mübarizə gedir. Final mərhələsinə adlayan iştirakçılar Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu avtomobil uğrunda mübarizələrini davam etdirirlər.

AzNews.az xəbər verir ki, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalçılar: müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.

Lalənin qalib olmasının tərəfdarı olduğunu deyən Ramal Sunaya əllərini eyni zamanda maşından çəkməyi təklif edib: “İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun”.

Lalə Sunanın bu təkliflə razılaşmayacağını deyib: “Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi də əlini çəkmək istəmir”.

Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb.

Sözügedən kadrları sizə təqdim edirik:

Aynur

AzNews.az