Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü

17 Oktyabr 2019 11:08 (UTC+04:00)

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az