Deputat oğlu qala divarından yıxılıb öldü

17 Oktyabr 2019 11:38 (UTC+04:00)

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

Araşdırma zamanı gənclərin 70 metr hündürlükdən yıxıldıqları məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən biri ölüb, digəri yaralanıb.

Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur.

Yaralı gənc isə dövlət xəstəxanasına yerləşdirilib. (Report)