Bazarda silahlı atışma: Yaralananlar var

17 Oktyabr 2019 15:47 (UTC+04:00)

Türkiyənin Konya şəhərində bazarda balıq satan 18 yaşlı Melih Toroslu dava etdiyi naməlum şəxsin atəş açması ilə qarnından yaralanıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu zaman alış-veriş üçün bazara gələn 26 yaşlı Ayşegül Ayyıldız da ayağından güllə xəsarəti alıb. Hadisə yerli saatla 11:30 radələrində baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hazırda polis hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirir.

Səidə Vahid

AzNews.az