Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşdu - ölən var

17 Oktyabr 2019 15:52 (UTC+04:00)

Şirvanda ağır yol qəzası baş verib.

Hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az