Məkkəyə zəvvarları daşıyan avtobus qəzaya uğradı – 35 nəfər öldü

17 Oktyabr 2019 16:11 (UTC+04:00)

Məkkəyə zəvvarları daşıyan avtobus Mədinədə qəzaya uğrayıb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “BBC News” yazır.

Avtobusun yük maşını ilə toqquşduğu bildirilir.

Qəza nəticəsində daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

AzNews.az