Aeroport yolunda qəza - sürücünün çənəsi qırıldı

17 May 2013 21:49 (UTC+04:00)
Bu dəqiqələrdə Heydər Əliiyev proskektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə gorə , yüksək sürətlə hərəkət edən 27 BG 791 dövlət nömrə nişanlı VAZ 21-07 markalı avtomobil 90 HE 964 nömrə nişanlı "Mercedes"ə arxadan çırpılıb. Hadisə nəticəsində avtomobillər yararsız hala düşüb. VAZ 21-07-nin sürücüsü və onun yanındakı xanım xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Sürücünun çənəsinin sındığı bildirilir.

Azər
AzNews.az