Gəncədə 16 yaşlı qız oğurlandı

17 Oktyabr 2019 18:40 (UTC+04:00)

Gəncə şəhərində gənc qız oğurlanıb.

Hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.

Belə ki, qızın atası Kəpəz Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək 2003-cü il təvəllüdlü övladının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Kəpəz və Daşkəsən rayon polis şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən qızın Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü A.Həsənov tərəfindən oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı A.Həsənov saxlanılıb, gənc qız ailəsinə təhvil verilib.(report.az)

AzNews.az