İstanbulda yenidən güclü zəlzələ olacaq?

17 Oktyabr 2019 20:06 (UTC+04:00)

İstanbul Texniki Universitetinin geologiya fakültəsinin mütəxəssisləri İstanbulda azı 5,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb.

Yeraltı təkanların İstanbulun Asiya hissəsində ola biləcəyi və böyük dağıntılara səbəb olacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib, 450-dən çox tikiliyə ziyan dəyib.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən fəal ərazidə yerləşir.(trend.az)

AzNews.az